Simsar.az | bizi özünüzə Simsar bilin
Qardaşı İsgəndər Həmidovu müdafiə etmədi

Çingiz Qənizadə Sərdar Həmidovun tədbirinə qatıldı  

Bu gün saat 12:00-da Tərtərin keçmiş icra başçısı, Tərtər özünümüdafiə batalyonunun komandiri olmuş Sərdar Həmidov RATİ-nin ofisində mətbuat konfransı keçirib.

Mətbuat konfransına hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadəni də dəvət edən S.Həmidov başçılıq etdiyi batalyonun əsgərlərinin hansı şəraitdə şəhid olduğuna dair danışıb. Musavat.som-un məlumatına mətbuat konfransına qatılan Çingiz Qənizadə bildirib ki, onunla Sərdar Həmidov arasında elə bir konflikt yoxdur, onun işi S.Həmidovun qardaşı İsgəndərlədir.

Daha sonra tərəflər bir-birini mətbuatda şərləməməyin, bir-birinə böhtan atmamğın, ölçülü-biçili danışmağın lazım olduğunu bildiriblər.

Qeyd edək ki, son günlər mediada Həmidov qardaşları ilə Ç.Qənizadə arasında söz dueli gedir.



25 Fevral, 2011  22:28 Baxılıb: 1941

Bu bölmədə