Simsar.az | bizi özünüzə Simsar bilin
İtaliya Liviyada hərbi əməliyyata hazırlaşır

İtaliya hökuməti vətəndaş müharibəsinin alovlandığı Liviyadakı vətəndaşlarını evakuasiya etmək üçün hərbi əməliyyata hazırlaşdığını bəyan edib.

Simsar.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İtaliyanın müdafiə naziri İnyatsio La Russa bildirib. 

İnyatsio La Russa deyib ki, Liviyanın cənub-şərqində italyanlar var və onların ərzaq ehtiyatları tükənir: “Biz onları xilas edəcəyik. Artıq italyanların evakuasiyası planı hazırlanıb və hazırda hərbçilər İtaliya Xarici İşlər Nazirliyinin qərarını gözləyirlər”.

Qeyd edək ki, 500-ə yaxın İtaliya vətəndaşı daimi Liviyada yaşayır. Bundan əlavə, Liviyada yüzlərdə italyan turist, alim, şirkət əməkdaşları var.

25 Fevral, 2011  21:12 Baxılıb: 1401

Bu bölmədə