Simsar.az | bizi özünüzə Simsar bilin
İraqda da hökuməti devirirlər

Bu saatlarda İraqın müxtəlif şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilir.

Simsar.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, paytaxt Bağdadda aksiyaçılar polis postunu yararaq Təhrir meydanına daxil olublar. Təhrir meydanına toplaşan minlərlə insan “Xalq dəyişiklik istəyir!”, “Xalq rejim islahatları istəyir!” şüarları səsləndirir. Mosulda isə hərbçilər xalq kütlələrinə atəş açıb, 13 nəfər öldürülüb. Buna baxmayaraq, Mosulda vali sarayı ələ keçirilib. Şəhərdəki qarnizonlardan biri xalq tərəfə keçdiyini bəyan edib. 

Ramadi və Əl-Fəlluca şəhərində də aksiyaçılara atəş açılıb. Ölən və yaralananlar var. Kərkük və digər şəhərlərdə də analoji vəziyyət yaranıb. Bəsrə və ölkənin cənubundakı digər böyük şəhərlərdə aksiyalar cümə namazından sonra başlayacaq.

Siyasi müşahidəçilərə görə, İraqda başlayan aksiyaların son nəticədə ölkəni işğal edən ABŞ-ın maraqlarına ciddi zərbə vuracaq.

25 Fevral, 2011  20:44 Baxılıb: 1361

Bu bölmədə