Dövlət Gömrük Komitəsinin sədri Argentina mətbuatında
Azərbaycanın Dövlət Gömrük Komitəsinin Sədri Aydın Əliyev Argentinaya rəsmi səfər edib. Simsar.az - ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər zamanı Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqaray ilə görüş keçirilib. 2011-ci il fevralın 22-də baş tutan görüşdə iki ölkənin gömrük xidmətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb və gömrük sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Daha sonra, Aydın Əliyev və Rikkardo Eçeqaray tərəfindən “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş” imzalanıb. Buenos-Ayresin “Alvear Palace” otelində isə Argentinadakı Səfirliyimizin birgə təşkilatçılığı ilə “Argentinada Azərbaycan Gömrüyü Günü” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan səfir M.Əhmədzadə ölkəmizin reallıqları və Argentina ilə əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Tədbir konsert proqramı ilə davam etdirilib. Pianoçu Vüqar Camalzadə, solistlər Zaur Əmiraslanov və Aysel İbrahimovanın ifa etdikləri milli, habelə ispan, italyan və portuqal dillərində klassik və estrada mahnıları gurultulu alqışlarla qarşılanıb. Tədbir “Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından” adlı sərginin nümayişi ilə davam etdirilib.
25 Fevral, 2011 17:22 ⁄ Baxılıb: 1452
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |