Simsar.az | bizi özünüzə Simsar bilin
CƏZALANDIRMA PROSESİ DAVAM EDİR

Ədliyyə Nazirliyi və Bakı Dövlət Universitetinin məsul işçiləri islahatların qurbanı oldu 

Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tapşırıqları ilə əlaqədar aparılan genişmiqyaslı tədbirlər çərçivəsində Ədliyyə Nazirliyində icra xidmətinin Bakı şəhəri və ətraf bölgələrin yerli qurumlarının bütün əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib. 
Tədbirdə qeyd olunub ki, ötən il 120 minə qədər artan icra sənədlərindən 85 faizinin icra olunmasına, habelə 209 nəfər barədə cinayət işinin başlanılmasına baxmayaraq, bu sahədə hələ də problemlər qalmaqdadır.
Ciddi nöqsanlara yol verdiklərinə görə Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru M.Əhmədov ədliyyə orqanlarından xaric olunub,
Nəsimi və Nizami rayon icra şöbələrinin icra məmurları X.Yaqubov və N.Qasımov tutduğu vəzifədən azad edilib.
Səbail, Yasamal rayonları və Sumqayıt şəhəri icra qurumlarının rəhbərlərinə şiddətli töhmət verilib.
Bəzi məsul işçilərə isə xəbərdarlıq edilməklə işdə dönüş yaradılması üçün 6 ay vaxt qoyulub.
Bu silsilədən olan tətbirlərdən biri Bakı Dövlət Universitetində də baş tutub.
Tələbələrin şikayətləri əsasında hüquq fakültəsinin dekanı professor Firudin Səməndərov vəzifəsindən azad edilib. Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin işində dönüş yaradılması, ciddi kadr islahatları aparılması üçün komissiya yaradılıb.
Ciddi nöqsanlara yol verdiklərinə görə Mülki hüquq kafedrasının müdiri Rəisə Dünyamalıyeva, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Sədiyar Zeynalov vəzifələrindən azad ediliblər. Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimov isə son xəbərdarlıqla şiddətli töhmət alıb.
Həmçinin BDU Kadrlar şöbəsinin rəisi Rüstəm Əhmədov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib.
RAMİL

25 Fevral, 2011  16:24 Baxılıb: 1471

Bu bölmədə