Simsar.az | bizi özünüzə Simsar bilin
Xanlar Vəliyev: “366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib”

366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O, qeyd edib ki, həmin şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan 107-ci (əhalini deportasiya etmə və ya köçürtmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb. Həmçinin barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilib.

25 Fevral, 2011  16:08 Baxılıb: 3189

Bu bölmədə