Simsar.az | bizi özünüzə Simsar bilin
Politoloq: “Prezidentlərin mart görüşü ermənilərin son şansıdır”

“Ermənistan dövlət kimi iflasa uğramaqdadır, ordu yox dərəcəsindədir, kifayət qədər sosial problemlər var”.

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik rayonların hərbi yolla azad edilməsi barədə Azərbaycan rəsmilərinin verdikləri açıqlama bu ölkəni təşvişə slıb. Artıq Ermənistan mətbuatı müharibənin reallaşacağı barədə məlumatı gündəmə gətirib və hətta ölkədə buna ciddi hazırlıq getdiyini açıq şəkildə qeyd edir. Məlumatda o da bildirilir ki, müharibə apreli sonları martın əvvəllərində reallaşa bilər və Ermənistan hərbi hazırlıq məqsədilə 55 yaşına qədər kişilərin siyahıya alınmasını aparır. Politoloq Cümşüd Nuriyev bildirib ki, itirilmiş torpaqların hərbi yolla azad edilməsi üçün hüquqi və siyasi şərait mövcüddür. Belə ki, beynəlxalq hüquq müstəvisində BMT Təhlükəsizlik Şurasının 4, BMT Baş Assambleyasının 2, Avropa İttifaqının 1, Avropa Şurasının 1 qərarı var. Son zamanlar isə Fransanın ardınca digər Avropa dövlətləri olan İtaliya, Almaniya, İngiltərə birmənalı şəkildə vətəndaşlarının Dağlıq Qarabağa gəlməsinə qadabğa qoydu. Bu o deməkdir ki, artıq Avropanın əsas aparıcı dövlətləri Dağlıq Qarağı Azərbaycanın ərazisi kimi qəbul edir. Əslində Fransanın bu bəyənatından sonra Rusiya və ABŞ-dan da analoji bəyənatlar gəlməli idi. Çox təəssüf ki, ATƏT-in həmsdr ölkələri kimi yenə bu dövlətlər ikili standartlarını nümayiş etdirdilər. Amma Fransanın belə bir addım atması böyük bir qələbədir. O baxımdan ki, erməni diasporunun ən böyüyü Fransadadır, hətta milliyyətcə erməni olan Dəvəçiyan bu ölkədə haikm partiyanın lideridir. Belə bir şəraitdə Fransanın bu addımı beynəlxalq hüquq müsətvisində Azərbaycan üçün müsbət haldır. Digər tərəfdən, Azərbaycan Konstiusiyası imkan verir ki, torpaqlarını hərbi yolla azad etsin. Konstitusiyanın 11-ci maddəsinə görə, Azərbaycanın ərazi bütövlüyü heç referendumun da mövzusu ola bilməz, yəni ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır. Ölkə ərazisində terrorçu qruplar və separatizm var və Cinayət Miəcəlləsinə görə, onların zərərsizləşdirilməsi təmin edilməlidir. Azərbaycanda da bununla bağlı president var. Bu o deməkdir ki, həm ölkə daxili qanunvericilik, həm də beynəlxalq hüquq Azərbaycana torpaqlarını müharibə yolu ilə azad etməyə tam imkan verir. Hüquqi sahə ilə yanaşı, siyasi sahədə də bu istiqamətdə müəyyən uğurlarımız var. Son beş ildə Azərbaycan mediasının məlumatları, bu məlumatların rus və ingilis dillgrində yayılması, həmin informasiyaların Avropa və Amerika ölkələri tərəfindən oxunması Azərbaycanın haqq işinin dünyaya tanıdılması baxımından siyasi uğurlar əldə edilib. Eləcə də iqtisadi uğurlar təkcə Azərbaycanın neft, qaz siyasəti ilə tamamlanmır, eyni zamanda enerji təhlükəsizliyi sahəsində və tranzit ölkə məsələsində də önəm daşıyır. Dünyada mövcud olan inkişaf sistemlərindən fərqli olaraq Azərbaycan özü yeni bir sitem dünyaya gətirib ki, bu da paralel islahatlar modelidir. Bu model Azərbaycanın həm modernləşməyə, həm iqtisadi inkişafa, həm də siyasi–hüquqi islahatların aparılmasına imkan verir.

Eyni zamanda, politoloq hesab edir ki, Azərbaycan mənəvi cəhətdən işğalçıya qarşı mübarizəyə hazırdır: “Deməli, Azərbaycanın iqtisadi bazisi və siyasi üstqurumu var ki, itirilmiş torpaqlarını hərb yolu ilə azad etsin. Nəzərə almaq lazımdır ki, ötən müddət ərzində baş verən proseslər, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində tutduğu mövqe deməyə əsas verir ki, Azərbaycanın bundan başqa çıxış yolu qalmır. Çünki ermənilər bu müddət ərzində Azərbaycana heç bir şans vermədilər. Müharibənin məhz aprel-mart aylarında olması ehtimalı ona görə yüksəkdir ki, hərbi cəhətdən bu aylarda müharibə müəyyən mənada uğur gətirə bilər. Yəni taktiki baxımdan ağaclar nə qədər yarpaqlanmayab, orada müharibə aparmaq çox rahatdır. Belə halda Azərbaycan ən azından Goranboy, Tərtər, Daşkəsən və Göygöl ərazilərindən dörd istiqamətdə öz ərazi bütövlüyünü bərpa etmək üçün hücuma keçə bilər. Sadalanan faktlar onu deməyə əsas verir ki, artıq müharibə üçün hər cür şərait var”.

Cümşüd Nuriyevin sözlərinə görə, martın 5-də prezidentlər arasında keçiriləcək görüş ermənilərin son şansıdır. Məlumdur ki, Rusiya və ABŞ çalışır ki, bu məsələni öz maraqlarına uyğun həll etsin. ABŞ istəyir ki, Azərbaycanın enerji resurslarını əldə etsin, Xəzərə girməklə İran məsələsini həll etsin. Rusiya isə özünün gələcək təhlükəsizliyini təmin etmək və bufer dövlət olan Azərbaycanı itirməsin. Ona görə, Rusiya hazırki şəraitdə qarabağ məsələsinin həllində maraqlı deyil: “Bizim bədbəxtliyimiz ondadır ki, iki böyük dövlətin Qarabağ məsələsinin həll olunmamasında maraqları üst-üstə düşür. Göründüyü kimi Azərbaycanın torpaqları hərb yolu ilə azad etməkdən başqa çıxış yolu qalmır. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanın daxilində siyasi-iqtisadi vəziyyət bərbad haldadır, dövlət kimi iflasa uğramaqdadır, ordu yox dərəcəsindədir, kifayət qədər sosial problemlər içərisindədir. Azərbaycan istər insan resursları, istər iqtiisadi və siyasi resurslarına görə Ermənistandan beş dəfə irəlidədir”.

Politoloqun fikrincə, Azərbaycan müharibəyə başlayacağı tədqirdə beynəlxalq şəraiti də nəzərə almalıdır. Xüsusən ABŞ-ın bu məsələdə mövqeyini kifayət qədər ciddi qəbul etməməlidər. Çünki ABŞ Gürcüstandla mövqeyini Rusiyaya uduzdu. O da məlumdur ki, Qarabağın açarı Rusiyanın əlinədir. ABŞ Əfqanıstanda siyasi iflasa uğradığına görə, Qarabağ münaqişəsinin hərb yolu ilə həlli bu ölkənin də maraqları çərçivəsindədir. ABŞ həm də Avropa İttifaqının valyutası olan avronun dağıdılması tərəfindədir, çalışır ki, ərəb ölkələrində hazırki proses davam etsin. Çünki dünya bazarında neftin qiyməti qalxdıqca, Avropanın daxilindəki problemlər şiddətlənəcək. İndi Avropa İttifaqının 27 üzvünün cəmi 15-i avro ilə işləyir. Ona görə, ABŞ istəyir ki, enerji təhlükəsizliyi məsələsində Rusiya zəifləsin və Azərbaycanın Avropanın enerji bazarında rolu artsın. Bunun üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, mövcud kəmərlərin və gələcəkdə NABUCCO-nün təhlükəsizliyinin təmin edilməsindən ötrü bu ərazi separatçılardan azad edilməlidir. Deməli, ABŞ Azərbaycanın bu addımına göz yumacaq: “Digər tərəfdən, ABŞ bilir ki, sərhədlər separatçılardan azad olunduqda bu ölkənin investisiya yatırmaq imkanları artır. O ərazilərdə İranla çox yaxın olan Fizuli və Cəbrayıl rayonları var ki, ən azı humanitar yardım adı ilə ora gələ bilər. Rusiya isə artıq Ermənistanın ikiüzlü siyasətində bezib. Çünki Ermənistan hakimiyyəti həm ABŞ-a, həm də Rusiyaya gəl deyir. Ancaq nəzərə almaq lazımdır ki, uzun müddət iki kürsüdə oturmaq mümkün deyil. İndi ABŞ və Rusiya bu kürsünü özünə doğru dartır, Sarkisyan isə qalıb ortada. Belə halda Rusiya onu hakimiyyətdən götürəcək ki, yeni qüvvələr hakimiyyətə cəlsin ki, Qarabağ məsələsi uzansın və Azərbaycana təsir edə bilsin. Bu baxımdan mövcud beynəlxalq qanunvericilik bu iki dövləti zərərsizləşdirməyə imkan verir. Ona görə, Azərbaycan müharibəyə başlayacağı tədqidrdə kimi nə fikiirləşəcəyi yox, dövlətin ərazi bütövlüyü gündəmə gətirilməli və torpraqlar işğaldan azad edilməlidir. Əgər biz yenə fikirləşsək ki, bu addıma Rusiya, ABŞ nə deyəcək, onda Qarabağ məsəəsi həll olmaycaq”.

25 Fevral, 2011  15:23 Baxılıb: 1427

Bu bölmədə