Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ-da terror aktı həyata keçirməyə cəhdlə əlaqədar səudiyyəli gənc həbs edilib

ABŞ-ın Texas ştatında keçmiş prezident Corc Buşun evi də daxil olmaqla, bir sıra obyektlərdə partlayış törətməyi planlaşdıran səudiyyəli gənc həbs edilib.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Ədliyyə nazirliyi bildirib ki, Səudiyyə vətəndaşı olan 20 yaşlı Xalid Əli Əldausari kütləvi qırğın silahlarından istifadə etməyə cəhd göstərmək ittihamları ilə həbs edilib. Ədliyyə nazirliyinin açıqladığı bəyanatda deyilir ki, Əldausari hücumları həyata keçirmək üçün obyektləri öyrənirdi.

Onun bomba hazırlamaq üçün kimyəvi maddələr və ləvazimat aldığı bildirilir. Təhqiqatçılar onun onlayn fəaliyyətlərini izləyərək, seçdiyi obyektləri aşkar edə bilib. Özünə göndərdiyi bir məktubda o, keçmiş prezident Buşun Texasdakı evini seçib. Ağ Evin nümayəndəsi Cey Karni deyib ki, prezident Barak Obamaya həbsdən əvvəl əməliyyatla bağlı məlumat verilib.

25 Fevral, 2011  14:21 Baxılıb: 1503
Teqlər :

Bu bölmədə