Simsar.az | bizi özünüzə Simsar bilin
Qəzzafinin muzdluları kimdir?

Simsar.az xəbər portalı BBC-yə istinadən bildirir ki, Müəmmar Qəzzafi hakimiyyətindən ikiəlli yapışdığı bir vaxtda, ona kreslosunda qalmağa Afrika ölkələrindən gətirdiyi əsgərlərin yardım etməsinə dair iddialar var. Bəs bu əsgərlər kimlərdir və onlar hardan gəliblər?

Kembric Universitetindəki Beynəlxalq Tədqiqatlar mərkəzindən Liviya üzrə mütəxəssis Corc Coffa görə, bu qüvvələrin taxiri gedib 1980-ci illərə çıxır.

O zaman polkovnik Qəzzafi demişdi ki, Ərəb və İslam dünyasının bir hissəsi olaraq, Liviyanın qapıları müsəlman olan hər kəsə açıqdır.

Nəticədə o, İslam legionu adlı yeni hərəkat yaratmağa başladı. Bu müsəlman dünyasını kənar təhlükələrdən qorumaq məqsədi daşıyırdı.

Qüvvələr Liviya inqilab komitəsi hərəkatına tabe idi və Liviyanın Afrikada hərbi əməliyyatları zamanı istifadə olunurdu. Corc Coff deyir ki, indiki muzdlu əsgərlərin mənşəyi məhz həmin qüvvələrdir.

"İndi xarici muzdlular adlandırılan qüvvələr, əslində, Liviya rejiminin geniş müsəlman ideologiyasının bir hissəsi kimi onun özü tərəfindən ölkəyə gətirilənlərdir və indi onlar Liviya xalqının özünə qarşı istifadə olunur".

Bu qoşunların çoxu Liviyanın əlaqələri olduğu ölkələrdən, o cümlədən Mali, Niger, Çad və Sudandan gəlir. Bu ölkələr Liviyanın liderlik etdiyi pan-Sahel birliyinin üzvləridir.

Ancaq cənab Cofa görə, mümkündür ki, bu qüvvələrin arasında onlara qoşulmaq hüququna malik Bosniya müsəlmanları da var.

Bu əsgərlər polkovnik Qəzzafiyə və onun rejiminə loyaldırlar və ona tabedirlər.

Liviya hökumətinin xarici qüvvələrdən istifadə etməsinə dair beynəlxalq narahatlıq artır. Həmin qüvvələr qəddarlıqda və vəhşiliklər törətməkdə ittiham olunurlar.

Ərəb Liqası bəyanat verərək mülkilərə qarşı cinayətləri və xarici muzdlulardan istifadə olunmasını pisləyib.

25 Fevral, 2011  14:11 Baxılıb: 1516
Teqlər :

Bu bölmədə