Simsar.az | bizi özünüzə Simsar bilin
Ehud Barak: “Tehran bir ildən sonra nüvə silahı yaratmaq imkanı əldə edəcək”

İsrailin müdafiə naziri Ehud Barak bu gün keçirilən mətbuat konfransında İranın nüvə proqramının dayandırılması ilə bağlı Qərbin səylərinin boşa çıxdığını etiraf edib.

“IribNews”-un verdiyi xəbərə görə, israilli nazir bildirib: “Rəsmi Tehran bütün maneələri bir-birinin ardınca aradan qaldırır və heç bir vəchlə də özünün nüvə fəaliyyətindən imtina etməyəcək”.

E.Barak vurğulayıb ki, ən geci bir ildən sonra, İran özünün nüvə silahını yaratmaq üçün lazımi imkanlar əldə edəcək.

Onun sözlərinə görə, İran özünün nüvə proqramını arxayınlıqla inkişaf etdirir və İİR rəhbərliyi öz məqsədlərinin həyata keçirilməsi üçün müsbət əhval-ruhiyyədədir.

25 Fevral, 2011  14:01 Baxılıb: 1415

Bu bölmədə