Simsar.az | bizi özünüzə Simsar bilin
Yol Polisinin 9 əməkdaşı cəzalandırıldı

Nazirin əmri ilə 3 nəfər xidmətdən xaric olunub, 6 nəfər tutduğu vəzifədən azad edilib

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin 3 əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunub.


Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bundan başqa, xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşaraq, həmkarlarının qanunsuz hərəkətlərinə göz yummuş 6 Yol Patrul Xidməti əməkdaşı tutduqları vəzifədən azad edilib.

24 Fevral, 2011  23:18 Baxılıb: 1479

Bu bölmədə