Simsar.az | bizi özünüzə Simsar bilin
MAHİR CAVADOV ÇİNGİZ QƏNİZADƏNİ AĞIR QƏTLİ ÖRT-BASDIR ETMƏKDƏ İTTİHAMLADI

«Bundan sonra Çingiz Qənizadə yüksəldi»

Keçmiş Bakı şəhəri prokuroru Çingiz Qənizadə ilə sabiq daxili işlər naziri İsgəndər Həmidov arasındakı ittihamlarda kənar şəxslərin də adları hallanır. Məsələn, Ç.Qənizadə İ.Həmidova ünvanladığı açıq məktubunda hazırda Avstryada siyasi mühacir həyatı yaşayan və Xətai rayon prokuroru olmuş Mahir Cavadovun da adı çəkilib.  
Ç.Qənizadə yazır: «18 may, 1992-ci ildə sən zorən nazir postuna sahib çıxdın. Mayın 20-də rəhmətlik Əbülfəz bəy məni evə dəvət edib dedi ki, İsgəndər Mahir Cavadovu Bakı şəhər prokuroru təyin etdirmək istəyir».

M.Cavadov dünən Simsar.az-a göndərdiyi məktubda şəhər prokuroru olması ilə bağlı İ.Həmidovun həqiqətən də Əbülfəz Elçibəyə müraciət etdiyini təsdiqləyir: «Həqiqətən də, belə bir şey olmuşdu. Amma İsgəndər Həmidov mənimlə danışmadan Əbülfəz Elçibəyə prokuror olmağımla bağlı təklif vermişdi. Elçibəy o zaman Naxçıvanda olan Heydər Əliyevin məsləhəti ilə İsgəndər Həmidovun təklifini qəbul etməmişdi. İsgəndər Həmidov AXC hakimiyətinin təhlükəsizli üçün mənim şəhər prokuroru olmağımı istəyirdi. Bakı şəhər prokuroru olsaydım, imkan verməzdim ki, hakimiyyətimiz zəbt edilsin».

M.Cavadov «Azərnəşr»in müdiri Əjdər Xanbabayevin qətlilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, Ə.Xanbabayevə əməkdaşlıq təklifi olunub. O isə, Ayaz Mütəllibovun yaxın tərəfdarı olduğu üçün bu təklifdən imtinə edib. «O zaman Bakıdakı bütün qəzet və çap işləri Xanbabayevin nəzarətində idi. O, qətlə yetirildi. 1995-c il mart hadisələrindən sonra Xanbabayevin qətlini parlamentin deputatı olmuş Seyfəl Babayevin üstünə atdılar. İşgəncələrə məruz qalsa da o, bunu boynuna almadı. Az sonra Bayıl təcridxanasında qətlə yetirildi. Sonra Əjdər Xanbabayevin Maştağadakı «Qarabağ» restoranının sahibi Tarix adlı şəxsin boynuna qoydular və o da öldü. Əjdər Xanbabayevin ölümü ilə bağlı mən Rusiya və Azərbaycan mətbuatlarında ayrı-ayrı vaxtlarda məktublar dərc etdirmişəm. Məni təkzib etmək üçün Elmira Axundova Moskvada "Literaturnaya Qazeta" -da əleyhimə yazı da yazmışdı. Bu məsələdə Çingiz Qənizadədən də istifadə etdilər. Qənizadə mətbuata açıqlamasında bildirib ki, guya o, Xanbabayevin qətlilə bağı Naxçıvana adam göndərib. Və materialları işə tikib. Bununla da Qənizadə mənim arqumentlərinin yalan olduğunu sübut etməyə çalışıb. Bundan sonra Çingiz Qənizadə yüksəldi».

RAMİL

24 Fevral, 2011  21:13 Baxılıb: 7004

Bu bölmədə