Simsar.az | bizi özünüzə Simsar bilin
Misir vitse-prezidentinə sui-qəsd olub

Ömər Süleymanın cangüdəni qətlə yetirilib

Misir vitse-prezidenti Ömər Süleymanı öldürməyə cəhd ediblər. Simsar.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, sui-qəsd cəhdi fevralın 5-də olub və əvvəlcə Misir hökumətinin üzvləri tərəfindən təkzib edilib.

Amma indi xarici işlər naziri Əhməd Abul Qheit ərəb telekanallarından birinə müsahibəsində həqiqətən də vitse-prezidentə sui-qəsd olduğunu və bu hadisəni öz gözləri ilə gördüyünü bildirib. Onun sözlərinə görə, cinayətkarlar Ömər Süleymanın avtomobilini oğurlanmış “təcili yardım” maşınında izləyiblər.

Snayperin açdığı atəş nəticəsində vitse-prezidentin cangüdənlərindən biri öldürülüb, digər cangüdən və sürücü isə yaralanıb. Sui-qəsd Qahirədə prezident sarayının yaxınlığında olub.

24 Fevral, 2011  20:56 Baxılıb: 1421

Bu bölmədə