Simsar.az | bizi özünüzə Simsar bilin
ARDNŞ: «YARDIM FONDUNA KÖNÜLLÜ PUL KÖÇÜRÜRLƏR»

Nizaməddin Quliyev: «Burada məcburiyyət yoxdur»

«Neftçilərin maaşından hər ay Silahlı Qüvvələrə Yardım Fonduna məcburi şəkildə 2 faizin tutulması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Yardım Fondu üçün tutulan 2 faiz könüllülük əsasında həyata keçirilir».
Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Simsar.az-a açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin (NHMK) yaydığı bəyanata münasibət olaraq bildirib.
NHMK bəyanatında bildirib ki, ARDNŞ-in tabeliyində olan qurumlarda çalışan işçilərin aylıq maaşlarından zorla 2 faiz tutularaq Silahlı Qüvvələrə Yardım Fonduna köçürülür.
Komitə bəyan edir ki, Yardım Fonduna pulların yığılması barədə ARDNŞ-nin idarə və müəssisələrinin rəhbərlərinə məcburi göstəriş verilib ki, bu da Əmək Məcəlləsinin 309-cu maddəsinə ziddir.
N.Quliyev isə bildirir ki, bəyanat yaymaq insanların, təşkilatın öz işləridir: «Əvvəllər də bu məsələni qaldırmışdılar. Mən araşdırdım və öyrəndim ki, işçilər Silihlı Qüvvələr Yardım Fonduna maaşlarından 2 faizin tutulmasına razılıq veriblər. Burada məcburiyyət yoxdur».

RAMİL

24 Fevral, 2011  20:34 Baxılıb: 1806

Bu bölmədə