Daha 8 Azərbaycan vətəndaşı Liviyadan çıxarılacaq
Səfir: “Bütün Azərbaycan vətəndaşlarına Liviyanı tərk etməkdə kömək etməyə hazırıq” Sabah daha 8 Azərbaycan vətəndaşı Liviyadan evakuasiya olunacaq. Bu barədə APA-ya Azərbaycanın Liviyada fövqəladə və səlahiyyətli səfiri Ağasəlim Şükürov məlumat verib. Səfirin sözlərinə görə, soydaşlarımız “Türk Hava Yolları”nın təyyarəsi ilə İstanbula, oradan isə Azərbaycana göndəriləcək. Bununla bağlı Türkiyənin Liviyadakı səfirliyi ilə razılaşma əldə olunub. O dünən Ukrayna Müdafiə Nazirliyinin təyyarəsi ilə Liviyadan 12 Azərbaycan vətəndaşının təxliyə olunduğunu deyib. Evakuasiya olunan soydaşlarımızdan 4-ü qadın, 4-ü azyaşlı uşaqdır. Liviyada işləyən 3 Azərbaycana vətəndaşı çalışdıqları “Şlyumberje” şirkəti, bir vətəndaş isə bp şirkəti vasitəsilə ölkədən çıxarılıb.
24 Fevral, 2011 19:47 ⁄ Baxılıb: 1387
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır |