Simsar.az | bizi özünüzə Simsar bilin
II Respublika Muğam müsabiqəsinin qaliblərinin adı açıqlanıb

II yeri Ehtiram Hüseynov, III yeri isə Nişanə Baxışova tutub

Heydər Əliyev Fondu, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən II Respublika Muğam Müsabiqəsinin qaliblərinin adı açıqlanıb. APA-nın məlumatına görə, müsabiqədə I yeri Aytən Məhərrəmova, II yeri Ehtiram Hüseynov, III yeri isə Nişanə Baxışova tutub. 

Tədbirin bağlanış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ümumilikdə müsabiqədə 40-a yaxın şəxs iştirak edib: “Bu rəqəm Azərbaycan üçün çox azdır. 40 nəfərin içərisindən yaxşıların yaxşısını seçmək çox çətindir”.

Qeyd edək ki, II Respublika Muğam müsabiqəsinə fevralın 21-də start verilib.

24 Fevral, 2011  17:58 Baxılıb: 1850

Bu bölmədə