Simsar.az | bizi özünüzə Simsar bilin
Elmar Məmmədyarov Ukrayna Ali Radasının sədri ilə görüşüb

Tərəflər vurğulayıb ki, əməkdaşlıq yüksək səviyyədədir

Ukraynada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Ali Radasının sədri Vladimir Litvin ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı siyasi və iqtisadi məsələlər müzakirə edilib. Tərəflər Azərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlığın yüksək səviyyədə aparıldığı vurğulayıb və parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd ediblər. Elmar Məmmədyarov və Valdimir Litvin hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndiriblər.

24 Fevral, 2011  17:51 Baxılıb: 1342

Bu bölmədə