Simsar.az | bizi özünüzə Simsar bilin
Sabirabad və Saatlı sakinləri ilə polis arasında qarşıdurma olub

Sabirabad və Saatlı rayonlarının Kür çayının basdığı kəndlərinin sakinləri Saatlının Novruzlu kəndində aksiya keçirməyə cəhd ediblər.

Aksiyaçılar deyir ki, dəyən ziyan ödənilməyib, 9 ay keçməsinə baxmayaraq heç bir köməklik göstərilməyib. 

Novruzlu kəndinin sakinləri həmçinin, Sabirabad ərazisində, onların kəndindən 3 km kənarda salınmış yeni qəsəbəyə köçürülmələrinə etiraz edirlər. Onlar deyirlər ki, həmin ərazi məskunlaşmaq üçün əlverişsizdir.

Polis aksiyanın qarşısını alan zaman etirazçılarla onlar arasında qarşıdurma olub. Polis onları kəndə sarı sığışdırıb və jurnalistlərlə onların arasında karton qurub.

Saatlı rayon Polis Şöbəsinin rəhbəri Ağəli Xəlilov AzadlıqRadiosuna bildirib ki, aksiya razılaşdırılmadığı üçün sakinlərin toplaşmasına icazə verilməyib. O deyir ki, camaatın yığışmaq istədiyi Araz çayının üzərindəki körpü dövlət əhəmiyyətlidir və bura toplaşmaq olmaz.

24 Fevral, 2011  17:02 Baxılıb: 1863

Bu bölmədə