Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan nefti 3 dollar bahalaşıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti 3 dollar artıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, fevralın 23-də London birjasında keçirilən hərraclarda “Azeri Light” markalı neftin qiyməti 3,14 dollar artaraq 112,86 dollara çatıb.

Bu, 2008-ci ilin avqust ayından indiyədək Azərbaycan neftinin ən yüksək qiymətidir. Neftin bahalaşmasının əsas səbəbi Yaxın Şərqdə davam edən toqquşmalardır.

24 Fevral, 2011  16:30 Baxılıb: 1597

Bu bölmədə