Simsar.az | bizi özünüzə Simsar bilin
10 yerlimiz inqilab ölkəsindən qayıdır

Azərbaycanın 10 vətəndaşı Ukrayna Müdafiə Nazirliyinin təyyarəsi ilə Liviyadan Kiyevə evakuasiya olunub.

APA-nın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Dikusarov məlumat verib. Onun sözlərinə görə, Borispol aeroportuna enən təyyarədə 138 Ukrayna, 11 Polşa, 4 Qazaxıstan, 4 Çexiya, 2 Slovakiya, 10 Azərbaycan, 1 Rumıniya və 1 Macarıstan vətəndaşı olub. Evakuasiya üçün Liviyaya göndərilən təyyarənin Tripoli aeroportundan havaya qalxması gündüz saatlarına nəzərdə tutulsa da, təxliyə olunan şəxslərin hava limanına vaxtında gəlməməsi səbəbindən reys bir neçə dəfə təxirə salınıb. İlk fürsət düşən kimi evakuasiya olunmuş Azərbaycan vətəndaşları Kiyevdən Bakıya yola salınacaqlar. 
Xatırladaq ki, Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov APA-ya açıqlamasında ölkədə 20-dək Azərbaycan vətəndaşının olduğunu və səfirliyə müraciət edən soydaşlarımızı evakuasiya etməyə çalışdıqlarını bildirmişdi.

24 Fevral, 2011  16:01 Baxılıb: 1409

Bu bölmədə