Simsar.az | bizi özünüzə Simsar bilin
“Bizə avtomobil və sürücü verin!”

Türkiyədə millət vəkilinin ağır qəzaya düşməsi gərginlik yaradıb

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Çanaqqaladan olan millət vəkili Mustafa Kamal Cenqiz avtomobil qəzasına düşüb. 
Türkiyə mətbuatı xəbər verir ki, qəza Çanaqqala Ankara arasındakı magistral yolda avtomobilin yoldan çıxaraq aşması nəticəsində baş verib. Ankaradakı “Atatürk” təlim və araşdırma xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən millət vəkilinin vəziyyəti ağırdır. 

Xəstəxananın baş həkimi professor Murad Bozqurd ağciyərində qanaxma olan Cenqizin qolunda və onurğasında sınıqlar olduğunu deyib. Millət vəkilinin qabırğalarında da bir çox sınıqlar olduğunu deyən Bozqurd onun şüurunun açıq olduğunu, vəziyyətinin isə ciddi olduğunu bildirib.

Türkiyə Böyük Millət Məclisinin deputatları qəza hadisəsini hökümətin təkliflərə reaksiya verməməsi ilə əlaqələndirib. Müxalifətdən olan millət vəkilləri bir müddət öncə TBMM üzvlərinə dövlət tər
əfindən avtomobil və sürücü ayrılmasını təklif edib.

Mustafa Kamal Cenqizin qəzaya düşməsi bu problemi bir daha gündəmə gətirib: “Deputat sükan arxasında oturmamalıdır. Yorğunluq sürücülük edən millət vəkilini qəzaya sürükləyir”- deyən deputatlar höküməti reaksiya verməyə çağırıb.

Aylin

24 Fevral, 2011  15:35 Baxılıb: 1476

Bu bölmədə