Simsar.az | bizi özünüzə Simsar bilin
Turizm informasiya mərkəzi fəaliyyətə başlamışdır

Heydər Əliyev Beynəlxalq Aeroportunda turizm informasiya mərkəzi fəaliyyətə başlamışdır.

Bakı Turizm İnformasiya Mərkəzindən bildirmişlər ki, yeni mərkəzin açılması layihəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə və “Turizm ili” çərçivəsində hazırlanmış tədbirlər planına uyğun olaraq həyata keçirilmişdir.

Artıq “Silkway travel” turizm şirkəti tərəfindən mərkəzdə fəaliyyət göstərəcək əməkdaşlar müəyyənləşdirilmişdir. Bakı Turizm İnformasiya Mərkəzi isə yeni açılmış mərkəzi Azərbaycanın turizm potensialını tanıdan bukletlər, bröşürlərlə və turist məlumat kitabçaları ilə təmin edəcəkdir.

Qəbələ və Qusar rayonlarında da turizm informasiya mərkəzlərinin açılması planlaşdırılır.

24 Fevral, 2011  15:25 Baxılıb: 2045

Bu bölmədə