Simsar.az | bizi özünüzə Simsar bilin
Əcnəbilərin Azərbaycan Respublikasından getmələri qanunla müvəqqəti məhdudlaşdırıla bilər

Dövlət Miqrasiya Xidmətindən (DMX) AzərTAc-a bildirmişlər ki, mövcud qanunvericiliyə görə, əcnəbilərin Azərbaycan Respublikasından getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər.

Əcnəbilərin getməsi milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olarsa - bu əsas aradan qalxanadək. Onlar cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınmışdırlarsa – barələrində cinayət təqibi üzrə icraat başa çatanadək. Bu şəxslər cinayət törətdiyinə görə məhkum olunublarsa - cəza çəkmədən azad olunana, yaxud cəzanı tam çəkənədək.

Məhkəmədə onlara qarşı mülki iddia verilibsə - müvafiq olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülki iş üzrə qərar qüvvəyə minənədək.

Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində qeydiyyatsız yaşamasına, yaxud beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə DMX tərəfindən ölkənin hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla 300 manatdan 400 manatadək cərimə edilir.

24 Fevral, 2011  15:17 Baxılıb: 1392

Bu bölmədə