Qəddafi Liviyanın şərqində nəzarəti itirdi
Müəmmər Qəddafi tərəfdarlarını anti-hökumət nümayişçilərə hücum etməyə çağırdıqdan sonra Liviya paytaxtı Tripolidə şahidlər küçələrin boşaldığını deyirlər. Simsar.az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, şahidlər xarici xəbər agentliklərinə bildiriblər ki, Qəddafi loyalistləri və Afrikanın başqa ölkələrindən gətirilmiş muzdlular paytaxtı dolaşır və qrup halında toplaşan adamlara atəş açırlar. Dünən üsyan başlanandan bəri televiziya ilə ilk çıxışında Qəddafi hakimiyyətdə qalacağını bəyan etmiş və tərəfdarlarını “terrorçu” kimi qələmə verdiyi müxalifətçilərə qarşı döyüşməyə çağırmışdır. O, hökumətə qarşı silaha sarılan və ya casusluqla məşğul olan hər kəsin edam olunacağını bildirib.
24 Fevral, 2011 14:29 ⁄ Baxılıb: 1572
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |