Simsar.az | bizi özünüzə Simsar bilin
İran saniyədə 30 trilyondan çox əməliyyat aparan superkompyuter yaratmışdır

İran superkompyuterlər yaratmağa qadir ölkələr klubuna qoşulmuşdur.

Fevralın 23-də Tehranda Əmir Kabir Universiteti və İsfahan Texnologiya Universiteti alimlərinin yaratdıqları ilk superkompyuterlərin təqdimatı olmuşdur.

Mərasimdə iştirak edən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad bildirmişdir ki, İran qalan dünya üçün elmi biliklər mənbəyinə çevrilməlidir.

Beləliklə, İran superkompyuterlər yaratmağa qadir 10 ölkə sırasına daxil olmuşdur.

Bu layihə üzərində iş İranda iki il əvvəl başlanmışdır. Onun həyata keçirilməsində 20-dək mütəxəssis iştirak etmişdir.

İRNA agentliyinin verdiyi xəbərə görə, Əmir Kabir Universitetinin geniş ictimaiyyətə nümayiş etdirilmiş superkompyuteri saniyədə 32 trilyon əməliyyat apara bilir.

24 Fevral, 2011  00:47 Baxılıb: 1990

Bu bölmədə