Zakir Qaralova qarşı şok iddia
Patsientlərin Hüquqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimov mətbuat nümayəndələri ilə görüş keçirib. İlqar İbrahimov Mərkəzi Neftçilər Xəstəxanasında şöbə müdiri işləmiş Kənan Yusifzadənin bu yaxınlarda Dövlət Sərhəd Xidmətinin mərkəzi hospitalına rəis təyin olunmasına fikir bildirib: “Kənan Yusifzadə Mərkəzi Neftçilər Xəstəxanasında şöbə müdiri işləyən zaman Bakı şəhər sakini Şura İbrahimovanı düzgün əməliyyat etmədiyinə görə xəstə qısa müddətdən sonra dünyasını dəyişmişdi. Şura İbrahimovanın övladları tərəfindən respublika prokurorluğuna bu faktla bağlı dəfələrlə şikayət edilsə də iş bu günə qədər araşdırılmayıb”.
23 Fevral, 2011 21:02 ⁄ Baxılıb: 1872
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |