Simsar.az | bizi özünüzə Simsar bilin
Liviyada Türkiyə vətəndaşı öldürüldü

Türkiyə Liviyada olan 25 min vətəndaşını ölkəyə gətirmək üçün ciddi səy göstərir.

Simsar.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu söyləyib. 


O bildirib ki, 3 gün ərzində 5 min 99 nəfər təyyarə və gəmilər vasitəsilə Türkiyəyə gətirilib. Benqazidə olan türklərin dəniz yolu ilə daşınması sona çatandan sonra Liviyanın paytaxtı Tripolidə olan türklərin ölkəyə gətirilməsi istiqamətində iş başlayacaq.


Əhməd Davudoğlu Liviyada bir türkün həyatını itirdiyini açıqlayıb. Bu, 27 yaşlı trabzonlu Yunus Emre Çelikdir. Yunus Emre Çelik Tripoli yaxınlarında bir müəssisədə baş verən olay zamanı öldürülüb. Hər hansı türkün Liviyada saxlanılması barədə isə məlumat yoxdur.


Əhməd Davudoğlu Liviyadakı vətəndaşlarının çıxarılmasına yardım göstərilməsi xahişi ilə Almaniya, ABŞ, Avstraliya, Bosniya-Hersoqovina, Bolqarıstan, Fransa, Çin, Rumıniya, İordaniya daxil olmaqla, 21 ölkənin Türkiyəyə müraciət etdiyini bildirib.

23 Fevral, 2011  20:12 Baxılıb: 1498

Bu bölmədə