Simsar.az | bizi özünüzə Simsar bilin
“Marsonavtlar” qaya cinsi nümunələri tapıblar

“Mars-500” sınaqlarının iştirakçıları bu gün üçüncü və sonuncu dəfə “marsolyotu” tərk edib və “RAN” Tibbi-Bioloji problemlər İnstitutunda quraşdırılan planetin səthinə düşüblər.

Moskva vaxtı ilə saat 12.59-da rusiyalı Aleksandr Smoleevski və italiyalı Dieqo Urbina sınaqlarda nəzərdə tutulmuş planlara əsasən enən modulun bacasını açıb və torpaq qrunt üzərinə çıxıblar. “Marsonavtların” əsas tapşırığı kirk və perforator vasitəsilə qaya cinsli nümunələr aşkar etmək və onu enən modula gətirməkdir.

Simsar.az-ın “Vesti”yə istinadən verdiyi xəbərə görə, bu tapşırığın həllinə bir saata yaxın vaxt gedib.

Keçən enişlərdə olduğu kimi bu dəfə də “marsonavtlar” bu layihə üçün xüsusi hazırlanmış “Orlan-E” skafandrlarında işləyiblər.

23 Fevral, 2011  14:11 Baxılıb: 1539

Bu bölmədə