Simsar.az | bizi özünüzə Simsar bilin
Mərakeşdə də qan töküldü

Müxalifətin mitinqinə müdaxilə nəticəsində 5 nəfər ölüb, 128 nəfər yaralanıb.

Simsar.az xəbər portalı TRT-yə istinadən bildirir ki,  Mərakeşdə keçirilən mitinqdə 5 nəfər ölüb, 128 nəfər yaralanıb.

Tanca, Naraş, Mərakeş, Kasablanka və Tetuan kimi böyük şəhərlərdə toplanan müxalifətçilər Kral Məhəmmədin səlahiyyətlərinin bəzilərini təhvil verməsini, korrupsiya ilə mübarzə aparılmasını, hökumətin buraxılmasını və demokratik islahatların keçirilməsini tələb ediblər.

Ölkənin şimalındakı liman qəsəbəsi Laraşda mağazalar, bank şöbələri və dövlət qurumlarının binaları talan edilib.

Ölkənin daxili işlər naziri Taib Şerkavuy nümayişlər zamanı 6 şəhərdə 120 nəfərin həbs edildiyini açıqlayıb.

23 Fevral, 2011  03:18 Baxılıb: 1515

Bu bölmədə