Simsar.az | bizi özünüzə Simsar bilin
Cari ildə Şəki və Zaqatalada rəqəmsal televiziya yayımına başlanacaqdır

“Teleradio” İstehsalat Birliyi bu il Şəki və Zaqatalada rəqəmsal teleyayıma başlamağı planlaşdırır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, ictimai paketə 1 televiziya şirkəti vasitəsilə yayımlanan 12 kanal daxildir.

Bakı, Sumqayıt və Abşeron yarımadası ilə yanaşı, Gəncə və ətraf rayonlarda artıq rəqəmsal televiziya yayımına başlanılmışdır. Hazırda respublika əhalisinin 50 faizinin yaşadığı ərazidə rəqəmsal televiziya yayımına imkan yaradılmışdır.

23 Fevral, 2011  01:02 Baxılıb: 1785

Bu bölmədə