Simsar.az | bizi özünüzə Simsar bilin
İsrail və ABŞ birgə anti-raket sisteminin sınağını keçiriblər

Bu gün səhər İsrail və ABŞ Kaliforniya ştatının sakit okean sahillərində İsrailin "Til" ("raket" - ibranicə ) anti-raket sisteminin sınağını keçiriblər.

SalamNews xəbəri İsrailin ha-Arets agentliyinə istinadən yayıb.

Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, ofşor platformasında qalxmış raketi "Til" anti-raket sistemi müəyyənləşdirmiş və məhv etmişdir.

Ekspertlərin fikirincə, bu testin əsas məqsədinin İsrailin İran təhlükəsinə qarşı atdığı addımdır. Belə ki, sınaqdan keçirilən anti-raket sistemi İsraili və Orta Şərqdəki amerikan bazalarını İranın Şahab 3 raketlərindən müdafiə etməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu İsrailin heç də ilk anti-raket sınağı deyil. Lakin bugünkü sınağın uğurla başa çatması İsrailin ballistik raketdən müdafiəsinin kifayət qədər etibarlı olduğunu göstərib.

23 Fevral, 2011  00:10 Baxılıb: 1420

Bu bölmədə