Simsar.az | bizi özünüzə Simsar bilin
Tripoli bombalanır

Bu saatlarda Liviya Hərbi hava Qüvvələrinin qırıcı təyyarələri və hərbi vertolyotları paytaxt Tripolini bombalayır.

Simsar.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Benqazi şəhər aeroportu da tamamilə dağıdılıb. Aksiyalar başlayandan bu günə qədər Liviyada 300 nəfər həyatını itirib. Hazırda prezident Müəmmər Qəzzafinin əleyhdarları Benqazi, Sirt, Tobruk, Misurat, Xoms, Tarxun, Zaviy və Zuvar şəhərlərinə nəzarət edir. 


Bu arada Misir hakimiyyəti Liviya sərhədçilərinin öz postlarını tərk etməsi barədə xəbər yayıb.

22 Fevral, 2011  21:44 Baxılıb: 1478

Bu bölmədə