Simsar.az | bizi özünüzə Simsar bilin
PKK-nın “qara qutu”su çözüldü

610 terrorçunun həbsi barədə qərar verilib

PKK terror təşkilatının Şimali İraqdakı Zap düşərgəsində sevgilisi Nevin C. ilə birgə qaçan Nadir C. Türkiyə hüquq-mühafizə orqanlarına təslim olub. Simsar.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, 17 il ərzində terror təşkilatında “tabor komandiri” səviyyəsinə qədər yüksələn və PKK-nın məxfi sənədlərinə əli çatan 40 yaşlı Nadir C. səs-küylü terror aktlarının təşkilatçıları və iştirakçıları barədə detallı məlumat verib. 


O, ümumilikdə son 25 ildə həyata keçirilən 31 olayda iştirak edən terrorçuların adlarını bir-bir sadalayıb. Artıq Türkiyə hüquq-mühafizə orqanları terror aktlarında iştirak edən 610 terrorçunun adını tək-tək açıqlayıb. Nadir C. Dağlıca hücumunda iştirak edən 187, Aktütün hücumunda iştirak edən 150 terrorçunun da adını söyləyib. Diyarbəkir, Malatya, Ərzurum, Van, Adana və İstanbul prokurorları da həmin 610 terrorçunun həbsi barədə qərar çıxarıblar. Həbs qərarı Türkiyənin 81 rayonundakı polis və jandarma bölmələrinə göndərilib

22 Fevral, 2011  19:40 Baxılıb: 1410

Bu bölmədə