Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ İRANIN “RİFAH” BANKINA SANKSİYA QOYUB

“Rifah” bankına İranın nüvə proqramı ilə əməkdaşlıq etdiyinə görə sanksiya qoyulub.

ABŞ Maliyyə Nazirliyi fevralın 17-də bəyanat yayaraq İranın “Rifah” bankına sanksiya qoyduğunu açıqlayıb. 
Maliyyə nazirinin terrorizm və maliyyə informasiyası üzrə köməkçisi Stüart Levinin yaydığı bəyanatda deyilir ki, “Rifah” bankına İranın nüvə proqramı ilə əməkdaşlıq etdiyinə görə sanksiya qoyulub.
ABŞ Maliyyə Nazirliyi bu günə qədər İranın nüvə və raket proqramı ilə əməkdaşlıq edən, eləcə də beynəlxalq terrorizmə dəstək verən 20 hökumət bankına sanksiya qoyub.



21 Fevral, 2011  16:42 Baxılıb: 1403

Bu bölmədə