Liviya boğulur
Liviyanın böyüklüyünə görə ikinci şəhəri Benqazidə silahsız kütlənin gülləbaran edilməsi nəticəsində 60 nəfər ölüb. Bunu CNN telekanalının canlı efirində etiraz aksiyasının qadın iştirakçılarından biri deyib. “Əsgərlər bizə qışqırdılar ki, “Biz sizinləyik! Qorxmayın!”. Sonra yaxına gəldilər və birbaşa atəş açmağa başladılar”, - deyə qanlı hadisələrin şahidi bildirib: “Dünyaya, ABŞ-a üz tuturuq - xahiş edirik, bizə kömək edin. Qorxuruq ki, onlar yenə nəsə düşünərlər. Amma bizim müdafiə olunmaq üçün silahımız yoxdur. Yalnız azadlıq istəyirik, heç vaxt malik omladığımız azadlığı. Pis çox pis yaşayırıq, bərbad məktəblər, xəstəxanalar”. Qadının sözlərinə görə, dünən günün ikinci yarısında silahsız kütlənin atəşə tutulması nəticəsində azı 60 nəfər ölüb, yüzlərlə adam xəsarət alıb.
20 Fevral, 2011 17:30 ⁄ Baxılıb: 1492
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |