Polad Bülbüloğlu fəxri akademik oldu
Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasının fəxri akademiki adına layiq görülüb. Beynəlxalq İctimai Elmlər Akademiyası, Beynəlxalq Xeyriyyəçilik Akademiyası, Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasının I qurultayı çərçivəsində keçirilən tədbirdə səfir Polad Bülbüloğluna beynəlxalq miqyaslı xeyriyyə, mədəni və humanitar layihələrə verdiyi dəstəyə görə akademiyanın fəxri akademiki adı verilib. Azərbaycan səfiri ilə yanaşı İran, Tailand, Tacikistan, Ukrayna və Ekvadorun Rusiyadakı səfirləri də Beynəlxalq İncəsənət və Mədəniyyət Akademiyasının diplom və sertifikatları ilə təltif olunublar.
19 Fevral, 2011 16:32 ⁄ Baxılıb: 1514
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |