Simsar.az | bizi özünüzə Simsar bilin
Liviyada nümayişçilər şəhəri ələ keçiriblər

Müxalifətçilər Liviyanın şərqindəki Əl-Bayda şəhərini ələ keçiriblər.

Şəhər polisi də onlara qoşulub. Bu barədə Liviyanın «Solideriti» hüquq-müdafiə qrupunun nümayəndəsi Cuma əl-Omami məlumat verib.

Beləliklə, artıq Liviyanın 4 şəhərini etiraz dalğası bürüyüb.

Bir neçə günlük etiraz aksiyaları zamanı həlak olanların sayı 24-ə çatıb.

Hökumət cavab tədbiri olaraq dövlət məmurlarının maaşlarını 2 dəfə artırıb və həbsdə olan 110 islamçını azad edib.

19 Fevral, 2011  04:18 Baxılıb: 1533

Bu bölmədə