Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyənin Qars Bələdiyyəsi türk-erməni dostluğunun simvolu sayılan abidənin sökülməsi üçün tender elan edib

Türkiyənin Qars Bələdiyyəsi türk-erməni dostluğunun simvolu sayılan abidənin sökülməsi üçün tender elan edib.

Simsar.az-ın xəbərinə görə, tender elanı Qars Bələdiyyəsinin rəsmi saytında yerləşdirilib. Elanda qeyd olunub ki, tenderdə qalib gələn şirkət hündürlüyü 24,5 metr olan iki ədəd abidəni sökməlidir.

Qeyd edək ki, abidənin sökülməsi ilə bağlı qərarı Qars Bələdiyyəsinin Məclisi bu il fevralın 1-də qəbul edib. “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Lakin abidənin tikintisi yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başqanı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, sözügedən abidənin də eybəcər olduğunu bəyan edib.

19 Fevral, 2011  01:31 Baxılıb: 1573

Bu bölmədə