Simsar.az | bizi özünüzə Simsar bilin
Diplomatik Korpusların mühafizəsi gücləndirilib

“Bütün məlumatlar koordinasiya olunur”

Azərbaycanın Daxili İşlər Nazirliyi Azərbaycanda gözlənilən terror təhlükəsi ilə bağlı xəbərlərə növbəti dəfə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən Simsar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, diplomatik korpuslar və onların əməkdaşlarının təhlükəsizliyinə nəzarət gücləndirilib: “Bununla bağlı nazirlik öz mövqeyini artıq bildirib. Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, digər diplomatik nümayəndəliklərin, akkreditə olunmuş əməkdaşlarının və onların ailələrinin, eləcə də digər xarici vətəndaşların mühafizəsinə diqqət daha da artırılıb. Bu sahədə nəzarət bir qədər də gücləndirilib. Eyni zamanda əldə olunmuş bütün məlumatlar koordinasiya olunur”. 


Qeyd edək ki, ABŞ, Böyük Britaniya və İsrailin Azərbaycandakı səfirlikləri Azərbaycanda terror təhlükəsi ilə bağlı öz vətəndaşlarına xəbərdarlıq yayıb.

18 Fevral, 2011  23:42 Baxılıb: 1423

Bu bölmədə