Simsar.az | bizi özünüzə Simsar bilin
“Şəmkir” futbol klubunun kapitanı öldü

Azərbaycan çempionatının I divizionunda 1 oyun təxirə salınıb. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası XV turda keçirilməli olan “Bakılı” – “Şəmkir” matçının vaxtını dəyişib.

Sabah keçirilməli olan görüşün təxirə salınması isə “Şəmkir”in qapıçısı Tural Taleh oğlu Hacıyevin qəfil vəfatı ilə əlaqədardır. 29 yaşlı futbolçu hələ “Şəmkir” güclülər dəstəsində oynadığı vaxt bu komandanın şərəfini qoruyub.

Qeyd edək ki, bu il fevralın 13-də keçirilən “Şahdağ” – “Şəmkir” oyunu qapıçının karyerasında sonuncu olub. Həmin matçda (1:1) 90 dəqiqə meydanda olan Tural kapitan sarğısı ilə oynayıb.

18 Fevral, 2011  23:07 Baxılıb: 1680

Bu bölmədə