Simsar.az | bizi özünüzə Simsar bilin
Həbsdə olan 2 jurnalistə 1200 manat verildi

“Müxalifət” qəzeti 600 dollar aldı

Fonddan Simsar.az-a verilən məlumata görə, iclasda fevral ayı ərzində bu quruma daxil olan 3 müraciətə baxılıb. Müraciətlərin hər üçü təmin edilib. Ümumilikdə 4200 dollar həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub. Belə ki, Fondun Əsasnaməsinin “həbs edilən jurnalistin ailə üzvünə və ya rəsmi nümayəndəsinə yardım edilməsi” bəndinə görə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə 3000, “Tolışi Sədo” qəzetinin sabiq baş redaktoru Novruzəli Məmmədovun (ölümündən sonra) həyat yoldaşı Məryəm Məmmədovaya 600 dollar məbləğində maddi yardım edilib. “Məhkəmə prosesinə cəlb edilən jurnalistin müdafiəsinə yardım edilməsi” bəndinə görə isə “Müxalifət” qəzetinin redaksiyasına 600 dollar məbləğində maliyyə yardımı ayrılıb.

Xatırladaq ki, “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, “Nəcəf Nəcəfov Fondu” və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.

18 Fevral, 2011  22:37 Baxılıb: 1622

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası