Simsar.az | bizi özünüzə Simsar bilin
Ağsu aşırımında hərəkət məhdudlaşdırılıb

Ağsu aşırımında avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Simsar.az-ın verdiyi məlumata görə, bəzi avtomobillər həmin yola buraxılmır. Yalnız 4 ötürücülü nəqliyyat vasitələrinin, “Niva”, “UAZ” və cip tipli avtomobillərin hərəkətinə icazə verilir.


Qeyd edək ki, son günlər həmin əraziyə 25-30 santimetr qar düşüb. Yolun sürüşkənliyi və ərazinin relyefinə görə Ağsu aşırımı ölkədəki ən təhlükəli yollardan hesab olunur.

18 Fevral, 2011  22:11 Baxılıb: 1621

Bu bölmədə