Simsar.az | bizi özünüzə Simsar bilin
İsrail dörd ölkədə səfirliklərini bağlayıb

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini adi rejimdə davam etdirir

İsrail Türkiyə, Gürcüstan, Venesuela və Misirdə səfirliklərini bağlayıb. APA-nın Gürcüstan mətbuatına istinadən yaydığı məlumata görə, İsrailin bu ölkədəki səfirliyi artıq bir həftədir fəaliyyət göstərmir. Səfirliklərin fəaliyyətinin dayandırmasının səbəbləri məlum deyil.
Yanvarın sonundan məhdud rejimdə çalışan İsrailin Türkiyə və Misirdəki səfirlikləri isə artıq müvəqqəti olaraq fəaliyyətlərini dayandırıblar.
İsrailin Azərbaycandakı səfirliyindən APA-ya bildiriblər ki, diplomatik missiya fəaliyyətini davam etdirir: “Müəyyən problemlərin həllindən sonra səfirlik işini bərpa edib və biz adi rejimdə çalışırıq”.
Xatırladaq ki, fevralın 11-də İsrailini terrorla mübarizə qərargahı mümkün terror təhlükəsi ilə əlaqədar ölkə vətəndaşlarına 9 ölkəyə səfər etməmək üçün xəbərdarlıq edib. Ölkələrin siyahısında Azərbaycanın da adı var. İsrail mətbuatı gözlənilən terror aktının “Hizbullah” liderlərindən İmad Muqniyyənin ölümünün üçüncü ildönümü ilə əlaqəli olduğu ehtimalını irəli sürüblər. İsrailin Azərbaycandakı səfirliyi bir neçə günlük fəaliyyətini dayandırıb, səfir isə bu addımı texniki problemlərlə izah edib.

18 Fevral, 2011  19:10 Baxılıb: 1466

Bu bölmədə