Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilər ordumuzun mövqelərini atəşə tutublar

Hazırda düşmən Çıraqlı kəndini atəş altında saxlamaqda davam edir

Ermənistan Silahlı Qüvvələri bu gün saat 12.30-dan Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndindən və keçmiş Gülçülük sovxozu ərazisindən Azərbaycan Ordusunun mövqelərini, eyni zamanda rayonun Çıraqlı kəndini iri çaplı pulemyotlardan və müxtəlif silahlardan atəşə tutmağa başlayıblar.


Çıraqlı sakinlərinin APA-nın Qarabağ bürosuna verdikləri məlumata görə, hazırda düşmən kəndi atəş altında saxlamaqda davam edir. Tələfat barədə məlumat yoxdur.

18 Fevral, 2011  18:38 Baxılıb: 1614

Bu bölmədə