Simsar.az | bizi özünüzə Simsar bilin
“Bloomberg” yanlışlığa görə üzr istədi

“Bloomberg” agentliyi Azərbaycan prezidentinin mətbuat xidmətinə üzrxahlıq məktubu göndərib

APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənablar! Bildiyiniz kimi, bu gün “Bloomberg News”da baş vermiş texniki qüsur nəticəsində veb səhifəmizdə dərc olunmuş məqalədə Prezident İlham Əliyevin fotoşəkilinin altında yanlış sərlövhə getmişdir. Bu sərlövhə səhv olaraq bizim digər Əliyev soyadlı şəxsə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmisi Vaqif Əliyevə istinad etdiyimiz neft və təbii qazla bağlı əvvəllər dərc etdiyimiz məqalədən götürülüb. Problem artıq aradan qaldırılıb və biz bu problemin doğurduğu hər hansı anlaşılmazlıq və narahatlığa görə üzr istəyirik”.

18 Fevral, 2011  18:07 Baxılıb: 1446

Bu bölmədə