Simsar.az | bizi özünüzə Simsar bilin
Abdulla Gülə piratçılıq ittihamı

Türkiyə prezidenti Abdulla Gül piratçılıqda günahlandırılır.

Simsar.az-ın məlumatına görə, siyasətçi Twitterdə öz mikroblokunda yerləşdirdiyi məlumatdan sonra bu, onun sosial şəbəkədəki 185 min tərəfdarı arasında kifayət qədər səs-küyə səbəb olub. Prezident bloqunda vaxtını yaxşı keçirdiyini, həyat yoldaşı ilə Oskar mükafatına namizədliyi irəli sürülən “Kralın çıxışı”( The King’s Speech) filmini izlədiyini bildirib. Qeyd edək ki, filmin Türkiyədə premyerası hələ olmayıb və film dünyanın heç bir yerində DVD lisenziyası almayıb. Bu isə onu göstərir ki, prezident filmi pirat yollarla ələ keçirib. İstifadəçiləri ən çox maraqlandıran məsələ isə siyasətçinin müəllif hüquqlarını pozmadan filmi necə izləməsidir.

Baxmayaraq ki, filmin premyerası hələ Türkiyədə olmayıb və onu leqal olaraq əldə etmək mümkün deyil, internetdə filmi Usenet və BitTorrent vasitəsilə izləmək mümkündür. Türkiyə hökumətinin rəhbəri isə öz mikrobloqunda hələ də bu sualları cavablandırmayıb, lakin Amerika kütləvi informasiya vasitələrinə verdiyi açıqlamada “Qeyri - leqal filmi mənə verməzdilər” deyə açıqlama verib. Amerika mətbuatının yazdığına görə, prezident administrasiyasının əməkdaşları Gülün reaksiyasını nəzərə alaraq ona eksklüziv olaraq lisenziya ilə baxmaq şəraiti yaratdıqları haqqında məlumat versələr də bu hələ də təsdiqini tapmayıb.

18 Fevral, 2011  17:37 Baxılıb: 1527

Bu bölmədə