Simsar.az | bizi özünüzə Simsar bilin
“Ramstore” mağazalar şəbəkəsi satıldı

“Intersun Holding FZCO” şəbəkənin səhmlərinə 14 milyon dolar ödəyib

“Migros Ticaret” şirkəti Azərbaycanda sahibi olduğu “Ramstore” MMC-nin səhmlərini 14 milyon 250 min dollara “Intersun Holding FZCO” şirkətinə satıb. Simsar.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Migros Ticaret” şirkəti məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, 3 mağazanı özündə birləşdirən “Ramstore” MMC-nin səhmlərinin hamısının Dubayda qeydiyyatda olan “Intersun Holding FZCO” şirkətinə satılmasına qərar verilib və bununla bağlı sənəd imzalanıb.

Şirkətin nümayəndəsi Özgür Tort deyib ki, “Migros Grubu” Türkiyə xaricində Qazaxıstan kimi iqtisadiyyatı sürətlə böyüyən ölkələrin bazarlarına diqqətini artırır: “Böyümə potensialını dəyərləndirərək Azərbaycandan çıxmağa qərar verdik”.
Qeyd edək ki, “Intersun Holding FZCO” Azərbaycanda fəaliyyət “Azərsun Holdinq”in təsisçisidir.

18 Fevral, 2011  16:42 Baxılıb: 1855

Bu bölmədə