Simsar.az | bizi özünüzə Simsar bilin
77 yaşlı kişi prokurorluqda öldü

Yayılan məlumatlara görə o, ürək xəstəsi olub

Fevralın 17-də Lənkəran rayon Prokurorluğunda ölüm hadisəsi baş verib.

Rayon Prokurorluğundan yayılan məlumata görə, Hirkan qəsəbə sakini, 1934-cü il təvəllüdlü Həsənov Həsənəli Qurbanəli oğlu Lənkəran rayon prokuroru Ramiz Nəbiyevin qəbulunda olarkən ölüb. İlkin ehtimala görə, 77 yaşlı kişi ürək xəstəsi olub və qəfil ürək tutmasından dünyasını dəyişib.


H.Həsənovun meyiti daxili və xarici müayinə edilmək üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran zona mərkəzinə aparılıb.

18 Fevral, 2011  15:30 Baxılıb: 1648
Teqlər :

Bu bölmədə