Simsar.az | bizi özünüzə Simsar bilin
Əlcəzair telekanalı İtaliyalı girovun video görüntüsünü nümayiş etdirib

Əl-Ərəbiyyə telekanalı İtaliyalı girov qadının yaraqlılar tərəfindən təqdim olunmuş video görüntüsünü nümayiş etdirib.

Simsar-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, turist qadın Əlcəzair Saxarasında oğurlanıb.

Video görüntüdə girov deyir: "Mən 2011-ci il 2 fevral tarixində oğurlanmış İtaliyalı qadınam”.

Telekanalın rəhbərliyi bildirib ki, bu videonun əldə olunması üçün İslam Məgribində olan terrorçu təşkilat əl-Qaidə ilə təmas yaradılıb.

Əlcəzairin "Əl-Şuruk əl Youmi" qəzeti yazır ki, hadisə hadisə Janet (Djanet) şəhərindən 170 kilometr aralıda baş verib. Oğurlanmış 53 yaşlı qadın qonşu Nigeriya istiqamətinə aparılıb.

18 Fevral, 2011  14:35 Baxılıb: 1478

Bu bölmədə