“Azerfon-Vodafone” yeni rouminq sazişləri imzalamışdır
Simsar.az xəbər verir ki, ötən il “Azerfon-Vodafone” rouminq əhatə dairəsini xeyli genişləndirmiş, “Japan Softbank”, USA AT&T, “Canada Rogers” və s. şirkətlərlə yeni rouminq sazişləri imzalamışdır. Hazırda müştərilər sərfəli və rahat rouminq təkliflərindən istifadə edərək dünyanın 120-dən çox ölkəsinə səyahət edə bilərlər. Şirkətin baş icraçı direktoru Yurgen Pitz bildirmişdir ki, “Azerfon-Vodafone” fəaliyyətinin ilk günlərindən Azərbaycanda ən ucuz, rahat və şəffaf rouminq qiymətlərini təqdim etmişdir. Şirkət ölkənin mobil bazarında ilk dəfə 4 zona üçün 4 qiymətə əsaslanan ən sərfəli rouminq tarifləri tətbiq etmişdir. Bu qiymətlər www.azerfon-vodafone.com internet səhifəsində əks olunmuşdur.
18 Fevral, 2011 03:42 ⁄ Baxılıb: 1941
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |